ABŞ Dövlət Departamenti Sarkisyanı ifşa edən hesabat yaydı

ABŞ Dövlət Departamenti Sarkisyanı ifşa edən hesabat yaydı
  31 Mart 2017    Oxunub:5932
ABŞ Dövlət Departamentinin İnsan Haqları ilə bağlı illik hesabatında ötən il Ermənistanda baş verən olaylara geniş yer ayrılıb.

AzVision.az “Jovohurd”-a istinadən xəbər verir ki, Departamentin hesabatında ötən ilin yayında İrəvanda polis bölməsinin silahlılar tərəfindən tutulmasına xüsusi yer verilib. Bu hadisə vətəndaşların siyasi haqları kimi qiymətləndirilib.

“Ermənistanda məmurlar dövlət resurslarından istifadə edərək hakim partiyanın siyasi arenada dominantlığını təmin edir. Hakimiyyət məqsədinə çatmaq üçün iqtisadi və siyasi rıçaqlardan, həmçinin hüquq-mühafizə orqanlarının yardımından istifadə edir”, - deyə hesabatda Ermənistan hakimiyyətini ifşa edən faktlar qeyd edilib.

Hesabatda, həmçinin hakimiyyətin jurnalistlərə qarşı zorakılığı da öz əksini tapıb: “Zorakılıq törədənlər cəzalandırılmır. Jurnalistlər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən təqib olunur”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   ABŞ  





Xəbər lenti