KİV: ABŞ Əliyevlə Sarkisyanı görüşdürmək istəyir

KİV: ABŞ Əliyevlə Sarkisyanı görüşdürmək istəyir
  31 Mart 2017    Oxunub:2342
ABŞ Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşünü təşkil etməyə çalışır.

AzVision.az xəbər verir ki, bu barədə “Armlur.am” saytı öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr xatırladıb ki, aprel döyüşlərindən sonra İlham Əliyev və Sarkisyan iki dəfə - 2016-cı ilin mayı Vyanada, 2016-cı ilin iyununda Vyanada Sankt-Peterburqda görüşüb: "İndi də görüşə hazırlıq gedir"

Nəşr Ermənistan prezidenti Serj Sarkisyanın martın 14-də Moskva səfərindən sonra Qarabağa getmə səbəbini də açıqlayıb. Belə ki, Sarkisyan Qarabağda “yerli hakimiyyəti” münaqişənin nizamlanması prosesindəki son durum barədə məlumatlandırıb.

Sayt yazır ki, Sarkisyan ATƏT-in Minsk qrupunun hər iki ölkəyə qarşı tələblərini sərtləşdirəcəyini vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: ABŞ   Azərbaycan   Ermənistan   Prezident   Görüş  





Xəbər lenti