MSK Rüstəm İbrahimbəyova cavab verdi
“Bizim mövqeyimiz qərarımızda var. Qərarı oxusa, imtinanın hüquqi cəhətdən tam əsaslı olduğunu görər. Yox, əgər cənab İbrahimbəyovun qanunlardan xəbəri yoxdursa. bu, bizim problem deyil”-deyə MSK rəsmisi İbrahimbəyova cavab verib.
Qeyd edək ki, Milli Şura sədri Rüstəm İbrahimbəyov namizədliyinin irəli sürülməsinin təsdiq edilməməyinə etiraz edərək, MSK-nı məhkəməyə verəcəyini bildirib.
MSK-nin dünən keçirilən iclasında Rüstəm İbrahimbəyovun namizədliyi üçün təqdim olunan sənədlər yoxlanılıb və namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi qeyri-mümkün sayılıb. İbrahimbəyovun Azərbaycan və Rusiya vətəndaşı olmaqla ikili vətəndaşlığı müəyyən edilib.(modern.az )