Gülər Əhmədovanın istintaqı yekunlaşıb

 Gülər Əhmədovanın istintaqı yekunlaşıb
  28 Avqust 2013    Oxunub:1021
Sabiq deputat, mandat alveri qalmaqalına görə həbs edilmiş Gülər Əhmədovanın istintaqı yekunlaşıb.
Bu barədə bizə açıqlamasında G.Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verdi. Onun sözlərinə görə, hələ istintaq materialları ilə tanış olmayıb: “Öncə materiallarla Gülər xanım özü tanış olacaq. Ondan sonra mən də materialları araşdıracam”.

Müsahibimiz məhkəmənin nə vaxta təyin olunacağı ilə bağlı məlumatı olmadığını dedi. Amma vəkil istintaqın gedişindən narazı qaldığını vurğuladı: “İstintaq standart, şablon gedir. Elementar olaraq Elşad Abdullayevi bu iş üzrə dindirməyiblər. Gülər Əhmədova ilə üzləşdirməsi olmayıb. Daha öncə vəsatətim təmin olunmuşdu ki, Elşad Abdullayev dindiriləcək. Amma indi yazırlar ki, onu dindirməyiblər”.(Musavat.com)



Teqlər:





Xəbər lenti