Bəyanatda qeyd edilib ki, bir il əvvəl Dağlıq Qarabağ münaqişəsi zonasında son 20 il ərzində ən dəhşətli döyüş, zorakılıq, insan itkisi və əziyyətlərlə nəticələnən hadisə baş verib: “Bu, müharibənin sülh səylərini nə dərəcədə təhlükə altına almasının sübutudur. Bu halda biz tərəfləri atəşkəsi təhlükə altında qoya biləcək istənilən fəaliyyətdən çəkinməyə çağırırıq. Tərəflər öz öhdəliklərini yerinə yetirməli, beynəlxalq humanitar öhdəliklərə güclü şəkildə əməl etməlidir. Müharibə cinayətlərinə heç bir zaman haqq qazandırıla bilməz”.
Eldar Tanrıverdiyev
AzVision.az