Türk mətbuatı `ASAN`dan yazdı

Türk mətbuatı `ASAN`dan yazdı
  28 Avqust 2013    Oxunub:2582
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaş məmnunluğuna nail olmaq baxımından böyük maraq doğurur.

AzVision.az xəbər verir ki, Türkiyənin`Cihan ` agentliyi “ASAN” Xidmətin fəaliyətindən yazıb.

Qeyd olunur ki, `ASAN`da notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkumluq barədə arayışların verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, torpaq kadastrı barədə arayışların verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, əmək pensiyalarının təyin edilməsi, sığorta xidməti, nikahın rəsmiləşdirilməsi kimi xidmətlər diqqət mərkəzindədir.

Vətəndaşların hüquqlarını təmin etmək baxımından əhəmiyətli layihə olduğunu qeyd edən agentlik,
“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurum olduğunu vurğulayıb.

Həmçinin, qeyd olunur ki, “ASAN xidmət” mərkəzlərində xidmət müasir standartlara uyğun şəkildə qurulub, yəni vətəndaşların vaxtına qənaət edilməsi, onlara nəzakətli xidmət və davranış göstərilməsi, əvvəlcədən növbəyə yazılmaq, istifadə etmək istədiyi xidmət barədə əvvəlcədən məlumat almaq üçün bütün zəruri şərtlər mövcuddur.

Agentlik, “Səyyar xidmət”in həyata keçirilməsinin əsas məqsədlərindən də yazıb:
Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatından, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin ediməsndən, vətəndaş məmnunluğuna nail olunması xidmətin əsas məqsədlərindən olduğu qeyd olunur.

ASAN xidmət”in İctimai əlaqələr sektorunun müdiri Anar Hüseynov `cihan` agentliyinə verdiyi açıqlamasında bildirib ki, şəhər-şəhər gəzən Asan Səyyar Xidmət avtobusları son üç ay ərzində 20-ə yaxın şəhərdə 35 min nəfərə xidmət göstərib.
O, `ASAN xidmət” mərkəzinin 9 dövlət qurumunun səlahiyyətlərinə aid olan 25 istiqamət üzrə fəaliyyət göstərdiyini qeyd edib:

“Bu mərkəzlərin yaradılmasında əsas məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azaldılması, şəffaflığın artırılması, korrupsiya ilə bağlı neqativ halların istisna edilməsi, dövlət qurumlarına etimadın gücləndirilməsi, peşəkarlıq səviyyəsinin arıtırılması, elektron xidmətlərin göstərilməsi prosesinin genişləndirilməsidir. Hər gün səhər saat 10-dan axşam 20.00 radələrinə qədər minlərlə vətəndaşa hər cür xidmət göstərilir. Hətta şəkil çəkdirmək, anket doldurmaq üçün başqa yerlərə getməyə də vaxt itirilmir, deyə o əlavə edib.

Mirvari



Teqlər:  





Xəbər lenti