Pakistanda partlayış: 22 ölü, 100 yaralı

Pakistanda partlayış: 22 ölü, 100 yaralı
  31 Mart 2017    Oxunub:1395
Pakistanın şimal-qərbində, Paraçinar şəhərində partlayış baş verib.
AzVision.az-ın məlumatına görə, şəhər bazarında baş verən güclü partlayış nəticəsində azı 22 nəfər həlak olub, təxminən 100 nəfər yaralanıb. Onların çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Partlayış dəqiq səbəbi hələ də məlum deyil. Lakin yerli rəsmilər hadisənin terror aktı olduğunu güman edirlər.

AzVision.az



Teqlər: Pakistan   Terror  





Xəbər lenti