İTV yeni direktorunu təyin etdi

İTV  yeni direktorunu təyin etdi
  28 Avqust 2013    Oxunub:1569
Xəbər verdiyimiz kimi, dünən İctimai televiziyanın Yeni Gün Departamentinin direktoru Səidə İbrahimli işdən azad olunub. Artıq kanal rəhbərliyi Səidə İbrahimlinin yerinə direktor təyin edib.

AzVision.az-ın məlumatına görə, `Səhər `proqramında uzun müddət baş redaktor işləmiş Rauf Rəcəbov Yeni Gün Deprtamentinə direktor təyin olunub.

Rauf Rəcəbov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Milli Azlıqlar ücün Verilişlər departamentinin direktoru, "Sənədli Detektiv" verilişinin müəllifi və aparıcısı olub.

Qeyd edək ki, Cəmil Quliyev İTV-ə sədr seçildikdən sonra İsmayıl Ömərovun vaxtında işə qəbul olunan əməkdaşlar işdən çıxarılıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti