Ukrayna Ermənistanın təklifini rədd etdi

Ukrayna Ermənistanın təklifini rədd etdi
  31 Mart 2017    Oxunub:2279
“Ukrayna Ermənistanda keçiriləcək parlament seçkilərini izləmək üçün bu ölkəyə müşahidəçi göndərməyəcək”. AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB-nin müşahidə heyətinin rəhbəri Sergey Lebedev bildirib.
Onun sözlərinə görə, Ukrayna artıq uzun müddətdir ki belə tədbirlərdə iştirak etmir.

Qeyd edək ki, Ukrayna 2014-cü ildə MDB üzvlüyündən çıxdığını elan etsə də, o hələ də faktiki qurumun rəsmi üzvü sayılır.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri aprelin 2-də keçiriləcək.

Eldar Tanrıverdiyev

AzVision.az


Teqlər: Ukrayna   Ermənistan   Seçki  





Xəbər lenti