Üç il əvvəl batan gəmi dənizdən çıxarıldı

Üç il əvvəl batan gəmi dənizdən çıxarıldı
  31 Mart 2017    Oxunub:1724
2014-cü ildə batan Cənubi Koreyanın “Sevol” bərəsi limana gətirilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, yarımüzən vəziyyətə gətirilən bərənin vəziyyətinin ətraflı öyrənilməsi və hələ də itkin sayılan 9 nəfərin cəsədinin axtarışı üçün “Sevol”un quru doka salınacağı gözlənilir.

Qeyd edək ki, əsas sərnişinləri məktəblilər olan “Sevol” bərəsi 2014-cü ilin aprel ayında qəzaya uğrayaraq batmışdı. Nəticədə 295 nəfər həlak olmuş, 9 nəfər itkin düşmüşdü. İtkin düşənlərin cəsədlərinin gəmidə qaldığı güman olunur.

AzVision.az



Teqlər: CənubiKoreya   bərə   liman  





Xəbər lenti