Qarabağda erməni hərbçi məhv edildi - FOTO

Qarabağda erməni hərbçi məhv edildi - FOTO
  31 Mart 2017    Oxunub:31386
Ermənistan ordusu Dağlıq Qarabağda itki verib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal olunmuş Azərbaycan torpaqlarında yerləşən separatçı qüvvələrin hərbi hissələrindən birində xidmət edən erməni hərbçisi, 1993-cü il təvəllüdlü Qor Gevorkoviç Ovannisyan güllə yarasından ölüb.

Məlumatı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib. Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.



AzVision.az


Teqlər: Erməni   Qarabağ  





Xəbər lenti