Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət edənlər daha bir xidmət görəcək.
AzVision.az xəbər verir ki, artıq "ASAN xidmət" mərkəzlərinə xidmət üçün müraciət etdikdən sonra, mərkəzə yaxınlaşmadan sənədlərin hazır olunması barəsində məlumatı online şəkildə əldə etmək mümkün olacaq.