BMT Qarabağ danışıqlarını bərpa etməyə çağırdı

BMT Qarabağ danışıqlarını bərpa etməyə çağırdı
  01 Aprel 2017    Oxunub:1597
BMT Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının bərpa olunmasına çağırıb. TASS-ın verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq çıxış edib.
O bildirib ki, BMT katibliyi tərəfləri atəşkəsi poza biləcək hərəkətlərdən çəkinməyə səsləyir və qurum ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çağırışı dəstəkləyir.

"Gərginliyin azaldılması üçün bütün səyləri alqışlayırıq və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin həllində konkret danışıqları bərpa etmək üçün lazımi siyasi iradə göstərməyə çağırırıq”, - deyə Fərhan Haq qeyd edib.

AzVision.az


Teqlər: BMT   Qarabağ   Azərbaycan   Ermənistan  





Xəbər lenti