Etirazçılar parlamentin binasına od vurdular

Etirazçılar parlamentin binasına od vurdular
  01 Aprel 2017    Oxunub:1467
Paraqvayın paytaxtı Asunsyonda keçirilən aksiya zamanı etirazçılar ölkə parlamentinin binasına od vurub.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, konqresdə baş verən iğtişaşlar zamanı biri deputat olmaqla, bir neçə nəfər yaralanıb.

Qeyd edək ki, Paraqvay parlamenti prezident Orasio Kartesin daha bir müddətə prezident seçilməsini nəzərdə tutan konstitusiyaya dəyişikliklərini qəbul edib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Paraqvay   Etiraz   Parlament  





Xəbər lenti