BMT Təhlükəsizlik Şurasında sədrlik ABŞ-a keçib

BMT Təhlükəsizlik Şurasında sədrlik ABŞ-a keçib
  01 Aprel 2017    Oxunub:1041
BMT Təhlükəsizlik Şurasına sədrlik Birləşmiş Ştatlara keçib.
AzVision.az xəbər verir ki, ümumdünya təşkilatın əsas işlərinə rəhbərliyi azı üç ay qurumda ABŞ-ın daimi nümayəndəsi vəzifəsini tutan Nikki Heyli edəcək. O, BMT-nin ünvanına tənqidi fikirlər səsləndirməsi ilə yadda qalıb.

Xüsusəndə xanım diplomat BMT-nin maliyyələşdirilməsinin azaldılması üçün açıq çıxışlar edir. Martın ortalarında Heyli bildirib ki, təşkilat daha çox pul xərcləyir: “Bu da bir çox hallarda digər ölkələrə nisbətən Birləşmiş Ştatların üzərinə daha böyük yük qoyur”.

Hazırda BMT-nin daimi büdcəsinin 22 faizini (5,4 milyard dollar) ABŞ ödəyir. Ümumilikdə isə Amerika BMT-yə il ərzində 10 milyarddan çox dollar xərcləyir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   BMT  





Xəbər lenti