Paraqvayda qarşıdurma: Ölən və yaralılar var

Paraqvayda qarşıdurma: Ölən və yaralılar var
  01 Aprel 2017    Oxunub:1909
Paraqvayın paytaxtı Asunsyonda etirazçılarla polis arasında qarşıdurma baş verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, polis tərəfindən açılan atəş nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə ağır xəsarət alıb.

Qeyd edək ki, Paraqvay parlamenti dövlət başçısı Orasio Kartesin daha bir müddətə prezident seçilməsini nəzərdə tutan konstitusiyaya dəyişikliklərini qəbul edib. Buna etiraz olaraq əhali küçələrə çıxaraq etiraz aksiyaları keçirir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Paraqvay   Asunsyon   etiraz  





Xəbər lenti