ABŞ-da iki təyyarə toqquşub, ölənlər var

ABŞ-da iki təyyarə toqquşub, ölənlər var
  02 Aprel 2017    Oxunub:1109
ABŞ-ın Florida ştatında iki yüngülmotorlu təyyarə toqquşub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki pilot həlak olub.

Məlumata görə, təyyarələrdən biri havada olarkən qanadı digər təyyarəyə dəyib. Təyyarələrdən birinin kustar üsula hazırlandığı deyilir.

Qəza zamanı təyyarələrdə pilotların başqa heç kim olmayıb.

AzVision.az


Teqlər: ABŞ   Təyyarə   Qəza  





Xəbər lenti