Ermənistanda ciddi seçki pozuntuları aşkar edildi - SİYAHI
Tez-tez təkrarlanan pozuntular bunlardır:
-Texniki qurğuların uğursuzluğu və ya yoxluğu- 14.5 %
-Seçki məntəqələrində baş verən sui-istifadələr- 11.6 %
-Doğru platformanın olmaması- 8%
-İşin vaxtından tez və ya gec başlaması- 6.5%
-Lazımi nəzarətin həyata keçirilməsi məqsədilə seçki məntəqələrinin narahatçılığı- 5.8%
-Texniki qurğuların lazımı şəkidə öncədən hazırlanmaması- 5.1%
-Sertifikatı olmayan şəxslərin və ya nəzərdə tutulan şəxslərdən artıq nümayəndələrin seçki məntəqələrində iştirakı- 4.3 %
Qalan- 44.2 %
Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq.
Seçkidə beş partiya - hakim Respublika, Kommunist, Daşnaksutyun, “Azad demokratlar” və “Erməni dirçəlişi” partiyaları, həmçinin dörd siyasi blok - “Yelk”, Ermənistan Milli Konqresi, “Ohanyan-Raffi-Oskanyan” və “Tsarukyan” blokları iştirak edir.
Şahin Qocayev
AzVision.az
Teqlər: Ermənistan Seçki Pozuntu