Ermənistanın MSK sədrindən etiraf: Qurğular işləmir

Ermənistanın MSK sədrindən etiraf: Qurğular işləmir
  02 Aprel 2017    Oxunub:2082
Bu gün saat 08:00 radələrində Ermənistanın bütün ərazilərində - 2009 seçki məntəqəsində parlament seçkilərinə başlanılıb. Bir qədər əvvəl məlumat verdiyimiz kimi "Vətəndaş müşahidəsi" təşəbbüs qrupunun saat 8:45 radələrində qeydə aldığı seçki pozuntularında texniki qurğuların uğursuzluğu və ya yoxluğunun 14.5 %-lə aşkarlandığı göstərilib.
Baş verən pozuntuların ilk rəsmi etirafı da Ermənistanın Mərkəzi Seçki Komissiyası rəhbəri Tiqran Mukuçyan tərəfindən edilib.

MSK sədri hazırda Lori vilayətində iki seçki məntəqəsində texniki qurğuların olmaması haqqında yayılan məlumatları təstiqləyib. Təbii, lazımi qurğuların öncədən təşkil edilməməsi hazırda kütləvi seçki saxtakarlığının aparılamasına hesablanıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki   Saxtakarlıq   Pozuntu  





Xəbər lenti