Sarkisyan səs verərkən pərt oldu - (VİDEO)

Sarkisyan səs verərkən pərt oldu - (VİDEO)
  02 Aprel 2017    Oxunub:59151
Bu gün Ermənistan prezidenti Serj Sarkisyan və həyat yoldaşı ölkənin Milli Məclisinə keçirilən seçkilərlə bağlı səs vermək üçün İrəvanın seçki məntəqələrindən birinə gəlib.

Maraqlıdır ki, səsvermədən əvvəl Sarkisyan seçkilərdə ilk dəfə istifadə olunan əl izləri ilə qeydiyyat aparma sistemindən istifadə edə bilməyib. Öncə aparat onun biometrik kartını qeydə almayıb. Daha sonra Sarkisyan ikinici sənədini təqdim etməli olub.

İkinci sənəd qeydiyyatdan keçsə də, bu dəfə əl izinin tanınmasında texniki problem yaşanıb.

Jurnalistlərin bu problemlə bağlı sualına Sarkisyan “Mənim səlahiyyətlərimə aid deyil” deyə cavab verməklə kifayətlənib.

Təxminən 3-4 dəqiqəlik “mübarizə”dən sonra aparat işə düşüb. Bundan sonra Sarkisyan səs verə bilib.

Bu proses jurnalistlərin və ətrafdakıların gülüşünə səbəb olub.



AzVision.az


Teqlər: Ermənistan   Seçki   Sarkisyan  





Xəbər lenti