Məşhur erməni aktyor seçkidən narazıdır

Məşhur erməni aktyor seçkidən narazıdır
  02 Aprel 2017    Oxunub:1588
Məşhur erməni aktyoru Ayk Marutyan seçki məntəqələrindən birində pozuntular qeydə alıb. AzVision.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, o məntəqə seçki komissiyası üzvlərinin diqqətinə çatdırıb ki, səsvermə kabinələrinin arxası tam divarla əhatə olunmayıb.
Onların bir çoxunun arxasında şəffaf qapısı olan dəhlizlər mövcuddur. Marutyan bildirib ki, pozulma halı protokolda təsbit olunmalı və şəffaf qapılar kağızla örtülməli, qapılar isə mütləq bağlanmalıdır.

Bundan başqa, Marutyan seçki kabinalarının üzərində yerləşən videokameraların düzgün yerləşdirilmədiyini və bu problemin aradan qaldırlmasını tələb edib. Lakin onun tələbləri artıq 3 saatdan çoxdur ki, yerinə yetirlmir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti