Çempionlar Liqası həyacanı davam edir

Çempionlar Liqası həyacanı davam edir
  28 Avqust 2013    Oxunub:1372
Bu gün Çempionlar Liqasında təsnifat mərhələsinə yekun vurulacaq.
Azarkeşlərin maraqla gözlədiyi qarşılaşmalardan biri də Şotlandiyada keçiriləcək. Evdə “Seltiki” 2:0 hesabı ilə məğlub edən “Şaxtyor” səfərdə üstünlüyünü qorumağa çalışacaq.

Əgər Qazaxıstan təmsilçisi bu oyundan sonra növbəti mərhələyə adlaya bilsə, ÇL-in qruplarına vəsiqə qazanan ilk Qazaxıstan klubu kimi tarixə düşəcək.

Səfərdə "Pakos de Fereyra" (Portuqaliya) klubunu 4:1 hesabı ilə məğlub edən "Zenit" üçün cavab görüşü formal xarakteri daşıyacaq. Digər oyunlara gəldikdə isə "Maribor" (Sloveniya) evdə "Viktoriya" (Çexiya), "Real Sosyedad" (İspaniya) isə "Lion"u qəbul edəcək. İtaliya nəhəngi "Milan" klubu doğma meydanda PSV (Hollandiya) ilə münasibətlərinə aydınlıq gətirəcək.

“Zenit” (Rusiya) - “Pakuş Fereyra” (Portuqaliya)
İlk oyun - 4:1

“Seltik” (Şotlandiya) – “Şaxtyor” (Qazaxıstan)
İlk oyun - 0:2

“Real Sosyedad” (İspaniya) – “Lion” (Fransa)
İlk oyun - 2:0

“Milan” (İtaliya) - PSV (Hollandiya)
İlk oyun - 1:1

“Maribor” (Sloveniya) – “Viktoriya” (Çexiya)
İlk oyun - 1:3

AzVision.az


Teqlər:





Xəbər lenti