Ermənistandakı seçkilərlə bağlı daha bir nöqsan

Ermənistandakı seçkilərlə bağlı daha bir nöqsan
  02 Aprel 2017    Oxunub:1636
Ermənistanda bəzi seçki məntəqələrində seçkilərdə ilk dəfə istifadə olunan əl izləri ilə qeydiyyat aparma sistemi işləmir.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu “Transparensi İnterneyşnl” təşkilatından olan beynəlxalq müşahidəçisi Oskar Alıvarado deyib.

Onun sözlərinə görə, bir seçki məntəqəsində səsvermə prosesini müşahidə etmək üçün quraşdırılan müşahidə kamerası işləməyib: “Eyni zamanda səsvermə mənətəqəsində lazım olduğundan çox insanlar mövcuddur”.

Ermənistanın Baş prokurorluğu seçkilərdə 13 halda təkrar səsvermənin baş verdiyi faktını qeydə alıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti