Erməni spiker və Ter-Petrosyan da gülünc vəziyyətə düşdü - VİDEO

Erməni spiker və Ter-Petrosyan da gülünc vəziyyətə düşdü - VİDEO
  02 Aprel 2017    Oxunub:8699
Ermənistan prezidenti Serj Sarkisyanın seçkilərdə ilk dəfə istifadə olunan əl izləri ilə qeydiyyat aparma sistemindən istifadə edə bilməməsi, qurğunun işləməməsi gülünc doğurub. Sarkisyan kameralar qarşısında pərt olduğunu gizlədə bilməyib.

O, çətinliklə səs verdikdən sonra estafeti Ermənistan parlamentinin sədri Qalust Sahakyana ötürüb. Erməni spiker də eyni durumla üzləşib. Belə ki, seçki məntəqəsində qeydiyyat qurğusu səsvermədə iştirak edən Ermənistan parlamentinin sədri Qalust Sahakyanın əl izlərini tanımayıb.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Sarkisyanın səs verdiyi seçki məntəqəsinə gəlib. Texniki vasitə onun da biometrik kartını tanımayıb.

Sarkisyan, Sahakyan və Ter-Petrosyanın səs verərkən üzləşdiyi çətinliklər bu ölkədəki seçkilərin bərbad durumdan olmasını göstərir.

Cəmiyyət istehza ilə Ermənistandakı seçkilərdə istifadə edilən yeni texniki qurğuların hakim partiya üçün deyil, yalnız sadə xalq üçün keçərli olduğunu düşünməyə başlayıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti