Sarkisyançılar jurnalistlərə və müşahidəçilərə hücum edib - Video

Sarkisyançılar jurnalistlərə və müşahidəçilərə hücum edib - Video
  02 Aprel 2017    Oxunub:4729
"Müstəqil müşahidəçilər" ittifaqının yaydığı məlumata görə, müşahidəçi Edmon Voskanyan 21/28 saylı seçki məntəqəsində komissiyaya yaxınlaşaraq seçki pozuntularının qarşısını almağa cəhd edib.

Komissiyanın üzvləri və digər nümayəndlər onun üzərinə hücum ediblər və zorla məntəqədən çıxarıblar.

"Seçki məntəqəsində olan digər müşahiddəçilər bildirirlər ki, məntəqədə açıq səsvermə, təlimatlandırmalar, bir neçə nəfərinn səsvermə kabinəsinə daxil olması və digər hadisələr kimi çoxsaylı pozuntular var."- deyə ittifaqın yaydığı bəyanatda deyilir.

***

Ermənistanda hakim Pespublikaçıların qərargahında jurnalistlərə hücum edilib.

AzVision.az xəbər verir ki, bu gün Ermənistanda keçirilən seçkilərdə jurnalistlərə qarşı hücum faktı qeydə alınıb.

Göstərilən videoda Sarkisyan partiyasının qərargahında müşahidə aparan "Azadlıq" radiosunun müxbirlərinin hücuma məruz qalması göstərilir.



***

İrəvanda "Azadlıq" radiosunun müxbiri Sisaka Qabrilyan hücuma məruz qalıb.

Jurnalist insanların səsverməyə getmədən əvvəl seçki məntəqəsinin yaxınlığında yerləşən deputatlığa namizəd olan Akopa Beqlaranın qərargahına girərkən və sonra oradan əllərində pulla çıxarkən görüb.

Vəziyyəti araşdırmaq üçün həmin qərargaha daxil olarkən orada olan insanlar ona müqavimət göstəriblər və sonra Akopa Beqlarana hücum ediblər.

Hadisə nəticəsində "Azadlıq" radiosunun müxbiri xəsarət alıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti