Daha bir seçki biabırçılığı: 3-4 nəfər eyni kabinədə səs verir (VİDEO)

Daha bir seçki biabırçılığı: 3-4 nəfər eyni kabinədə səs verir (VİDEO)
  02 Aprel 2017    Oxunub:2107
Ermənistandakı seçkilərdə biabırçı fakt qeydə alınıb.

Konqres- Erməni Xalq Partiyası bloku bu ana qədər pozuntuların siyahılarını dərc edib. Bunlar əsasən açıq səsvemə kimi seçki pozuntulandan ibarətdir.

Xüsusilə, 35/56 seçki məntəqəsində seçki qutusu giriş qapısının yanında yerləşdirilib və keçiddən keçənlər aydın şəkildə seçki kabinetində kimin xeyrinə səs verilməsini görürlər.

Bəyanatda xüsusilə qeyd edilir ki, seçki kabinəsində eyni zamanda 3-4 vətəndaş səs verir.

13/32 seçki məntəqəsində açıq səsvermə zamanı seçicilərə naməlum vətəndaşlar tərəfindən qələmlərin paylanması, seçicilərin onlarla səs verməyə məcur edilməsi də diqqətdən yayınmayıb.

Bütün bunlarla yanaşı, 14/20 seçki məntəqəsində "Konqres- EXP" tərəfindən hərbçilərin açıq səsvermədə iştirak etdiyi aşkarlanıb.



Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Seçki   Saxtakarlıq  





Xəbər lenti