Ermənistandakı seçkilərlə bağlı ifşaedici faktlar - VİDEO (YENİLƏNİB)

Ermənistandakı seçkilərlə bağlı ifşaedici faktlar - VİDEO (YENİLƏNİB)
  02 Aprel 2017    Oxunub:10995
İrəvanın 8 seçki məntəqəsində təkrar səsverməyə yol verilib.

1. İrəvanın 2/19 saylı seçki məntəqəsində 11.03.1994 təvəllüdlü İrəvan sakini H. Qazaryan tərəfindən yenidən səsvermə cəhdi qeydə alınıb.

2. 1/1 saylı seçki məntəqəsində seçicinin səsverməsi digər bir şəxs tərəfindən aparılıb.

3. 9/12 saylı seçki məntəqəsində seçki gizliliyinin pozulması halı baş verib.

4. 9/47 saylı seçki məntəqəsində müşahidəçi Hayk Marutyan jurnalistlərə seçki gizliliyinin pozulması haqqında məlumat verib. Onun sözlərinə görə, seçki kabinəsi arxasında kamera və pəncərə vasitəsilə aparılan səsvermə izlənib.

5. 3/06 saylı seçki məntəqəsində İrəvan sakini A. Tadevosyan səhverməni həyata keçirdikdən sonra yenidən səsverməyə cəhd edib.

6. 7/59 saylı seçki məntəqəsində saat 08:40 radələrində B.Mirzoyan təkrar seçkiyə daxil olmağa cəhd edib.

7. 9/55 saylı seçki məntəqəsində də yenidən səsverməyə cəhd aşkarlanıb. Saat 09:30 radələrində İrəvan şəhər sakini A. Hambadzumyan yenidən səsverməyə daxil olmağa çalışıb.

8. Sast 12:00 radələrində isə 7/58 saylı seçki məntəqəsində S. Nikolyan tərəfindən yenidən səsverməyə cəhd müşahidə edilib.

Ermənistanda növbəti aşkar müdaxilə:


İrəvanın 1/19 saylı seçki məntəqəsində seçki kabinəsi açılıb bülletenlər götürülüb. Göstərilən video materialın yayımlanmasından sonra seçki komissiyası dərhal kabinənin zədələnməsi haqqında məlumat yayıb.



***

“Yelk” ittifaqı Ermənistandakı çoxsaylı seçki pozuntuları ilə bağlı yeni məlumat yayıb.

AzVision.az xəbər verir ki, saat 11:40-14։00 radələrində “Yelk” ittifaqından nümayəndə aşağıdakı seçki pozuntuları və şübhəli fəaliyyətləri qeydə alıb:

36/14 saylı seçki məntəqəsində (12 saylı seçki dairəsi, Vayots Dzor, Yeğeknadzor) bülletenlərin oğurluq halının qarşısı alınıb. Polis çağırılıb.

34/38 saylı seçki məntəqəsində (12 saylı seçki dairəsi, Syunik, Qoris) hərbi qulluqçuların davamlı toplanması müşahidə olunub.

4/19 saylı seçki məntəqəsində (2 saylı seçki dairəsi, Arabqir) komissiyanın üzvləri Yelk ittifaqının nümayəndəsini təhdid ediblər.

24/4 saylı seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori, Şahumyan) vətəndaşlar 100-dən artıq möhürlənməmiş kuponlarla səs veriblər. Məsələyə Yelk ittifaqının nümayəndəsi qarışıb, nəticədə komissiyanın üzvləri onu təhdid ediblər.

22/29 saylı seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori, Qursal) polislər "karusel" adlanan seçki pozuntusunu icra etdiyi üçün nəzarətə götürüblər.

23/13 saylı seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori) vətəndaş “Yelk” ittifaqının bülletenlərinin ikinci səhifəsində reytinq namizədlərinin siyahısının olmadığını aşkar edib.

9 saylı seçki məntəqəsinin dairələrindən birində vətəndaşa kömək edən şəxsin cibindən səs verilmiş 4 bülleten çıxıb.

18/29 saylı seçki məntəqəsində (7 saylı seçki dairəsi, Araqatsodn, Aşnak) vətəndaşlara qırmızı vərəqələr paylanılıb.

29/48 saylı seçki məntəqəsində (10 saylı seçki dairəsi, Kotayk, Crvej) yalnız vətəndaşların tələbindən sonra bülletenlər üçün hazırlanmış aksizlər qoyulub.

35/59 saylı seçki məntəqəsində (12 saylı seçki dairəsi, Syunik, Kacaran) MİS kombinatının işçiləri komissiya sədrinin tələbi ilə açıq səsvermə keçiriblər.

23/36 saylı seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori vilayəti Vanadzor) “Yelk” ittifaqının nümayəndəsi seçicilərin siyahısında müəyyən insanların adları qarşısında qələmlərlə nişanların qoyulmasını aşkar edib. Bundan sonra komissiya “Yelk” ittifaqının nümayəndəsini oradan uzaqlaşdırmaq istəyib.

Daxil olan zəngə görə, Byurakan icmasının rəhbəri Zarzand Babayan nümayəndənin qeydlərini cırıb və siyahı ilə yönləndirilmiş seçkilər həyata keçirir.

“Yelk” ittifaqının nümayəndəsi QGƏA "Geğama Gənclər Regional Assosasiyası" müşahidə missiyasını həyata keçirən təşkilat açıq-aydın seçiciləri yönəldib.

31/39 saylı seçki məntəqəsində (11 saylı seçki dairəsi, Şirak, Gümrü) müşahidə missiyası həyata keçirən şəxs seçiciləri Tsarukyan partiyası üçün səs verməyə cəlb edib. Komissiya müşahidəçini uzaqlaşdırıb, lakin müəyyən zaman keçdikdən sonra sonuncu yenidən seçki məntəqəsində görsənib.

***

Saat 14:00 radələrinədək qeydə alınmış pozuntuların statistik göstəriciləri:

Transparency.am saytının məlumatına görə, bu gün saat 13:30-dən 14:00-a qədər Ermənistanın müxtəlif seçki məntəqələrində 49 seçki pozuntusu qeydə alınıb.

Qeydə alınmış pozuntulara gizli səsvermə, seçicilərin yönləndirilməsi,şəxsiyyət vəsiqəsi və ya qeydiyyatla əlaqədar problemlər, müşahidəçilərin, KİV nümayəndələrinin və insanların aşkar topluluğu, seçicilərə "kömək" edilməsi kimi hallar daxilidir.

Aşadığa göstərilən, fotoşəkillərdə seçki pozuntularının, seçki prosesinə müdaxilə edən şəxslərin statistik göstəriciləri verilib.





Şahin Qocayev


Teqlər: Ermənistan   Seçki   Saxtakarlıq  





Xəbər lenti