İrəvanda seçki qərargahında meyit tapıldı

İrəvanda seçki qərargahında meyit tapıldı
  02 Aprel 2017    Oxunub:1852
Ermənistanın paytaxtı İrəvanda fövqəladə vəziyyət yaşanıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 15:45 radələrində binalardan birində qadın cəsədi tapılıb.

Məlum olub ki, meyiti tapılan şəxs 77 yaşlı Suzanna Harutyunyandır.

Araşdırmalara görə, qeyd edilən ofis bir müddət turizm şirkəti tərəfindən istifadə edilib. Lakin, bu günlərdə Ermənistan parlamentinə deputatlığa namizəd olan Arman Sahakyanın seçki qərargahı olaraq fəaliyyət göstərib.

Baş verən hadisədən sonra dərhal namizədin qərargahı oradan köçürülüb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki   Ölüm  





Xəbər lenti