"Vətəndaş Müşahidəsi" seçkilərdəki nöqsanları açıqladı
AzVision.az xəbər verir ki, saat 12։00-dən 16:00-a kimi səsvermə prosesində 365 pozuntu qeydə alıb:
52 saylı seçki məntəqəsində açıq səvermə
36 saylı seçki məntəqəsində seçicilərin müşayiət olunma halları
31 saylı seçki məntəqəsində yönləndirmə
25 saylı seçki məntəqəsində birdən artıq şəxsin seçki kabinələrinə daxil olması
23 saylı seçki məntəqəsində bülletenlərin çıxarılması
19 saylı seçki məntəqəsində ikiqat səsverməyə cəhd
18 saylı seçki məntəqəsində seçicinin adının olmaması
16 saylı seçki məntəqəsində kömək etmək hüququna malik olmayan şəxsin seçiciyə "köməyi"
14 saylı seçki məntəqəsində kömək edən şəxsin məlumatlarının qeydiyyata alınmaması
12 saylı seçki məntəqəsində gün ərzində komissiyanın üzvlərinin xüsusi püşklə yerdəyişməsinin aparılması
8 saylı seçki məntəqəsində texniki qurğularda şəxsiyyəti təsdiq edən sənədin məlumatlarının və qurğunun məlumataları arasında mövcud uyğunsuzluq
8 saylı seçki məntəqəsində seçicinin adının qarşısında digər şəxsin izma atması
8 saylı seçki məntəqəsində eyni şəxsin birdən artıq seçicinin səsverməsinə "kömək" etməsi
7 saylı seçki məntəqəsində digər şəxsin əvəzinə qeydə alınma.
Məlumata görə, bu seçki mntəqəsində digər şəxsi təstiq edən sənədlə yenidən səsverməyə cəhd qeydə alınıb.
7 saylı seçki məntəqəsində seçicilərin səsvermə hüququndan məhrum edilməsi
4 saylı seçki məntəqəsində digər şəxsin əvəzinə səsvermədə iştirak
77 saylı seçki məntəqəsində də oxşar pozuntular qeydə alınıb.
Xəritədə "Vətəndaş Müşahidəsi", "Müstəqil Müşahidə" təşəbbüs qrupları və Ermənistan Helsinki Komitəsinin müşahidə missiyası tərəfindən hazırlanmış seçki pozuntularını təsvir edilib.
Şahin Qocayev
Teqlər: Ermənistan Seçki Nöqsanlar