Seçkilər başa çatdı: Sarkisyana qarşı etirazlar gözlənilir

Seçkilər başa çatdı:  Sarkisyana qarşı etirazlar gözlənilir
  03 Aprel 2017    Oxunub:3984
Ermənistanda keçirilən parlament seçkiləri yekunlaşıb. AzVision.az xəbər verir ki, parlament seçkilərində 4 partiya və 5 siyasi blok mübarizə aparıb.
Ermənistan MSK-nın xəbərinə görə, seçkilərdə 1 574 947 nəfər iştirak edib. Bu da seçicilərin təxminən 60 faizi deməkdir.

Lakin Ermənistanda keçirilən parlament seçkilərinin ilk saatlarından başlayaraq ciddi qanun pozuntuları qeydə alınıb. Səsvermə prosesi zamanı seçki məntəqələrinin birində qarşıdurma da yaşanıb. Səsvermə zamanı müşahidəçi ilə seçici arasında dava baş verib.

Seçkiqabağı baş verən proseslər, hakim partiyanı dəstəkləyənlərin müxalif qüvvələrə qarşı silahlı hücumları, müxalifətin fasiləsiz etiraz aksiyalarına çağırışları seçkilərdən sonra işğalçı ölkədə gərginliyin daha da artacağından xəbər verir. Artıq “Əriklər ölkəsi” partiyası Ermənistanda və dünyada yaşayan erməniləri parlament seçkilərinin nəticələrini tanımamaqla bağlı aksiyalara çağırıb. Partiyanın bu barədə yaydığı bəyanatda deyilir ki, hakimiyyət seçkilərin nəticələrini saxtalaşdıracaq.

AzVision.az


Teqlər: Ermənistan   seçki  





Xəbər lenti