Ermənistan prokurorluğuna mindən çox şikayət daxil olub

Ermənistan prokurorluğuna mindən çox şikayət daxil olub
  03 Aprel 2017    Oxunub:1124
Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı ölkənin Baş Prokurorluğunda yaradılmış işçi qrupuna seçki məntəqələrindən 1317 şikayət daxil olub.
AzVision.az -ın erməni mətbuatına istinadən xəbər verir ki, daxil olan şikəylətlərdən 226-da cinayət tərkibinin əlamətləri aşkar olunub polisə və İstintaq komitəsi əlavə yoxlama üçün göndərilib.

Qeyd olunub ki qanun pozuntuları əsasən başqa insanın yerinə səsvermə, müşahidəçilərin hüquqlarının pozulması, insanlara azad şəkildə səsvermə imkanın yaradılmaması il bağlıdır.

Bu məlumatlardan 48-i başqasının yerinə səs vermə, yaxud təkrar səsvermə, 26-ı gizli səsvermə, 9-u seçicinin müstəqil iradəsini ifadə etməyə maneə yaradılması, 15-i vəzifəli şəxslərin, müşahidəçilərin, komissiya üzvlərinin, KİV-lərin səlahiyyətlərini yerinə yetirməyə mane olma, 8-i seçicinin ələ alınması, 2-i seçki məntəqələrində qruplarla toplaşma, 23-ü seçicilərə təzyiq göstərilməsi ilə bağlı olub.

Lakin Ermənistanda seçkiləri izləyən müstəqil müşahidəçilər 1700 qanun pozuntusunu aşkar ediblər. Bunlardan 1032-si qanun pozuntusu seçki prosesi ilə bağlıdır.

Həmçinin Ermənistanın İstintaq Komitəsi parlament seçkilərində səsvermə zamanı 73 qanun pozuntusu haqda məlumat alıb. Məlumatda bildirilir ki, qanun pozuntularının 27-i paytaxt Yerevandakı seçki məntəqələrinin, digərləri isə ayrı-ayrı vilayətlərdəki seçki məntəqələrinin payına düşür.


İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   seçki  





Xəbər lenti