Ermənistandakı seçkidə ciddi qanun pozuntuları - Siyahı (Video)
Eyni zamanda Zeytunda ciddi qanun pozuntusu qeydə alınıb. Belə ki, 3/32 saylı seçki məntəqəsində 500 kupon möhürlənməyib.
Bundan başqa “Yelk İttifaqı” yeni seçki pozuntularını açıqlayıb. Saat 14։00-19:00 dəqiqələrində “Yelk” ittifaqı aşağıdakı sçki məntəqələrində seçki pozuntuları qeydə alıb.
– 7/42 seçki məntəqəsində (3 saylı seçki dairəsi, Malatia-Sebastasiya) Yelk ittifaqının nümayəndəsini uzaqlaşdırıblar.
– 25/11 seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori, Katnarad) möhür yoxa çıxıb. Nümayəndənin tələbi ilə polis çağırıldı.
– 24/01 seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori, Quqark) seçicilər seçki kabinəsindən bülletenləri zərfin icinə qoymadan cıxdı və seçkilərin gizliliyini pozdular.
– 9/16 seçki məntəqəsində Respublikaçı müşahidəçi Minasyan Larisa insanları yönləndirir.
– 7/49 seçki məntəqəsində (3 saylı seçki dairəsində, Malatia-Sebastasia) komissiya katibi bülletenlərlə dolu sandığı ərazidən çıxarıb, daha sonra geri gətirilməsi ilə bağlı qeydiyyat aparmaqdan imtina edib.
– 17/03, 17/04, 17/05 (7 saylı seçki dairəsində, Araqatsodn, Aştarak) seçki məntəqələrinin elektriklərini kəsiblər.
– 33/15 seçki məntəqəəsində (11 saylı seçki dairəsində, Şirak vilayəti, Aryevşad) respublikaçıların nüamyəndələri zərfləri açaraq bütün səsvrməmələri yoxlayıb. Yalnız respublikçılara səs verən seçicilərin səslərini zərfini seçki qutusuna atırlar.
-13/18 seçki məntəqəsində (5 saylı seçki dairəsində, Ararat, Sisavan) icamasının rəhbərinin qardaşı oğlu 3-cü dəfə səs verməyə cəhd edib. Komissiya sədri hadisəni qeydiyyata almaqdan imtina edib.
– 21/29 seçki məntəqəsində (8 saylı seçki dairəsində, Qeğarkunik, Zolakar) "Martuni Qadınlarının İctimai Şurasının" müşahidəçisini döyərək məntəqədən uzaqlaşdırıblar.
– 4/26 և 4/35 seçki məntəqəsində (2 saylı seçki dairəsində, Arabqir) iki dəfə səsverməyə cəhdin qarşısı alındı..
Şahin Qocayev
AzVision.az
Teqlər: Ermənistan Seçki