“Exit-pol”un nəticələri açıqlandı - Sarkisyanın partiyası öndədir

“Exit-pol”un nəticələri açıqlandı - Sarkisyanın partiyası öndədir
  03 Aprel 2017    Oxunub:14012
Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqədar “Erkir media” telekanalının sifarişi əsasında “Baltic Surveys/The Gallup Organization” şirkətinin keçirdiyi “exit-pol”un nəticələri açıqlanıb.
AzVision.az-ın “news.am”-a istinadən verdiyi xəbərə görə, “Exit-poll” 125 məntəqədə 19130 seçici arasında keçirilib.

Hakim Respublika partiyası 46 faiz, “Tsarukyan” bloku 25 faiz, “Yelk” bloku 10 faiz səs toplayıb. Dördüncü yerdə yeddi faiz səslə “Daşnaksutyun” partiyası qərarlaşıb.

Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti