Məbədin nəzarətçisi 20 nəfəri öldürüb

Məbədin nəzarətçisi 20 nəfəri öldürüb
  03 Aprel 2017    Oxunub:1975
Pakistanda məbədin nəzarətçisi 20 nəfəri qətlə yetirib.
AzVision.az -ın xarici mətbuata istinadən xəbər verir ki, hadisə Sarqodha şəhərində baş verib. Belə ki, məbədin nəzarətçisi Abdül Vahid ziyarətə gələn insanları otağına dəvət edirmiş və onlara yemək təklif edirmiş. O, öncə insanları zəhərləyib. Sonra bıçaqla əziyyət verərək öldürürmüş.

Psixi xəstə olduğu ehtimal edilən A.Vahid ifadəsində deyib ki, ziyarətə gələn insanların onu öldürməsindən qorxurub və bu səbəbdən onları qətlə yetirib.

Qeyd olunub ki, cinayətlərin üstü məbəddən yaralı halda xilas olmağı bacaran bir qadının polisə müraciət etməsindən sonra məlum olub.

AzVision.az



Teqlər: Pakistan   məbəd  





Xəbər lenti