`Cəmil Həsənli İbrahimbəyovdan da zəifdir`

`Cəmil Həsənli İbrahimbəyovdan da zəifdir`
  28 Avqust 2013    Oxunub:1122
Bugünkü Milli Şura uğursuz bir qurumdur.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev rəhbərlik etdiyi partiyanın seçki hazırlığı ilə bağlı “Gündəlik Teleqraf”ın suallarını cavablandırıb. Partiya sədri müsahibə zamanı Milli Şuranın ehtiyat vahid namizədi haqqında danışarkən Cəmil Həsənlini İbrahimbəyovdan da zəif namizəd adalandırıb.

`Milli Şurada nə baş verdiyi bizi az maraqlandırır. Orada artıq gülməli proses gedir. İki şəxsin namizədliyi irəli sürülüb. Hesab edirəm ki, R. İbrahimbəyov çox da ciddi və şanslı namizəd deyil. Cəmil Həsənli isə ondan da zəif namizəddir. Milli Şura yarananda bir neçə dəfə öz təkliflərimizi bildirmişdik. Bugünkü Milli Şura uğursuz bir qurumdur.

Yalnız YAP-ın namizədi bizim üçün rəqibdir. Digər müxalifət nümayəndələrini özümüz üçün rəqib saymırıq. Əksinə onları hardasa müttəfiq hesab edirik`.

AzVision.az


Teqlər:  





Xəbər lenti