Evdən 25 minə yaxın pul oğurlandı

  28 Avqust 2013    Oxunub : 380
Evdən 25 minə yaxın pul oğurlandı
Xırdalanda mənzildən külli miqdarda qızıl-zinət əşyası oğurlanıb.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 24.09.1953-cü il il təvəllüdlü Bünyadzadə Almaz Mikayıl qızı Abşeron RPŞ-nə ərizə ilə müraciət edərək bildirib ki, 2013-cü ilin avqust ayının 23-dən 27-nə kimi ailə üzvləri ilə birlikdə evdə olmadığı müddətdə naməlum şəxs (şəxslər) Xırdalandakı mənzilinə pəncərənin dəmir barmaqlıqlarını sındıraraq və pəncərəni açaraq qanunsuz daxil olub və mənzildən 24050 ABŞ dolları dəyərində müxtəlif qızıl-zinət əşyalarını, eləcə də 450 manat nəğd pulunu oğurlayıblar.

Fakta görə cinayət işi başlanıb və istintaqı aparılır.

Teqlər: