İrəvanda mikroavtobus kanala düşdü: Xəsarət alan var

İrəvanda mikroavtobus kanala düşdü: Xəsarət alan var
  03 Aprel 2017    Oxunub:2162
Ermənistan paytaxtı İrəvanda “Ford Transit” markalı mikroavtobus kanala düşüb. Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.Hadisə Monte Melkonyan küçəsində yerli vaxtla 06:28-də baş verib.
Məlumata əsasən 74 ZI 777 nömrəli mikroavtobus yolun hərəkət hissəsindən çıxaraq kanala yuvarlanıb. Sürücü salondan çıxa bilməyib. Hadisə yerinə gələn xilasedicilər sürücünü maşından çıxarda bilib. O, dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağı olduğunu bildirir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti