“Bir neçə məsələ qalıb” – Lavrovdan kritik Qarabağ açıqlaması

“Bir neçə məsələ qalıb” – Lavrovdan kritik Qarabağ açıqlaması
  03 Aprel 2017    Oxunub:2204
Dağlıq Qarabağ münaiqşəsinin həlli Ermənistan və Azərbaycanın siyasi iradəsi və onların kompromis həll yoluna getməyə nə qədər hazır olmasından asılıdır.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın “Yen Zaman” nəşrinə müsahibəsində bildirib.

“Çox şey barədə razılıq əldə olunub: Bir neçə məsələ qalıb, lakin onlar ən çətin məsələlərdir. Lakin bir şey aydındır ki, işlərin nəticələri ilk növbədə tərəflərin öz siyasi iradəsi, onların kompromis həll yoluna getməyindən asılıdır”, - deyə Lavrov qeyd edib.

Rusiya XİN rəhbəri vurğulayıb ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin aktiv iştirakçısı olaraq qalmaqdadır: “ABŞ və Fransa ilə - ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə biz tərəflərə münaqişənin həlli istiqamətində yardım edirik. Ötən ilin yayında Rusya prezidentinin təşəbbüsü ilə üçtərəfli sammit də məhz buna həsr olunmuşdu”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Qarabağ   Ermənistan   Azərbaycan  





Xəbər lenti