Putin Sarkisyana teleqram göndərdi

Putin Sarkisyana teleqram göndərdi
  03 Aprel 2017    Oxunub:2092
Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarkisyana göndərdiyi məktubda “qarşılıqlı tərəfdaşlıq əlaqələrinin” yüksək olmasını vurğulayıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Rusiya Federasiyası və Ermənistan Respublikası arasında diplomatik əlaqələrin 25 illik yubileyi münasibətilə sizi ürəkdən təbrik edirəm. Lap qədimdən Rusiya və Ermənistan xalqlarını birləşdirən mehriban dosluq ənənələri və qarşılıqlı hörmətə arxalanaraq ötən illər ərzində biz Rusiya və Ermənistan əlaqələrini yüksək qarşılıqlə tərəfdaşlıq səviyyəsinə yüksəldə bildik”, - deyə Rusiya prezidentinin teleqramında bildirilir.

Rusiya prezidentinin sğzlərinə görə, ölkələr arasında siyasi dialoq dinamik şəkildə inkişaf edir, ticari-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə genişmiqyaslı layihələr həytata keçirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti