Ermənistandakı seçkilərlə bağlı cinayət işi açıldı

Ermənistandakı seçkilərlə bağlı cinayət işi açıldı
  03 Aprel 2017    Oxunub:1310
Ermənistan Baş Prokurorluğuna respublika parlamentinə keçirilən seçkilərdə səsvermə zamanı yol verilmiş qanun pozuntuları barədə 2000-ə yaxın müraciət daxil olub ki, onların da 392-də cinayət əlamətləri aşkar edilib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, 392 məlumatdan 121-i başqa şəxsin əvəzinə səsvermə, 115-i seçicinin öz iradəsini sərbəst ifadə etməsinə maneçilik törədilməsi, 77-si səsvermə sirrinin pozulması, 63-ü KİV nümayəndəsinin, müvəkkil şəxsin, müşahidəçinin işinə mane olmaq, 5 məlumat seçkiqabağı rüşvətlər paylanması, 1 məlumat seçki məntəqəsində siyahının tərtib edilməsinə maneçilik törədilməsi barədədir.

Bundan başqa parlament seçkiləri zamanı təkrar səsverməyə cəhd faktları ilə bağlı 6 cinayət işi açılıb, bir nəfər şübhəli şəxs saxlanılıb.

AzVision.az



Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti