“Seçkilərdə saxtakarlığın şahidi olduq” - Ermənistanın sabiq baş naziri

“Seçkilərdə saxtakarlığın şahidi olduq” - Ermənistanın sabiq baş naziri
  03 Aprel 2017    Oxunub:1295
Biz hakimiyyətə gəlmək və Ermənistandakı mövcud vəziyyəti dəyişmək istəyirik.AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bildirib.
“Ermənistanın normal, demokratik ölkə olması, insanların özlərini insan kimi hiss etmələri üçün biz bu oliqarxiya idarəçiliyindən qurtulmalıyıq”, - deyə Baqratyan qeyd edib.

Sabiq baş nazir seçkilərin nəticələrinin obyektiv olacağına inanmadığını bildirib: “Səsvermənin başladığı erkən saatlardan məntəqələrdə qanun pozuntuları ilə bağlı məlumatlar daxil edilib”.
Seçki məntəqələrində kütləvi saxtakarlıqların şahidi olduqlarını vurğulayan Qrant Baqratyan insanların kütləvi şəkildə mikroavtobuslarla seçki məntəqələrinə daşındığını qeyd edib: “ Bununla bağlı əllərində olan videogörüntüləri yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəklərini söyləyib”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti