"Bu, pul seçkisi idi" - Stepan Safaryan

"Bu, pul seçkisi idi" - Stepan Safaryan
  03 Aprel 2017    Oxunub:1896
“Bu seçkilər də əvvəlki seçkilərdən keyfiyyət baxımından heç nə ilə fərqlənmədi. Bu pul seçkisi idi. Hamınız bunun şahidi oldunuz”.
AzVision.az-ın “1in.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanda keçirilmiş parlament seçkilərində "Azad demokratlar" partiyasından namizədliyini irəli sürmüş Stepan Safaryan deyib.

Onun sözlərinə görə, xalq pulu seçərək səs verib: “"Biz "exit-poll"un nəticələrini tanımırıq və qəbul etmirik. Biz, ümumiyyətlə, heç bir sosial sorğuya ciddi yanaşmırıq. Biz dairə seçki məntəqələrində öz üzvlərimizin məlumatlarını gözləyirik”.

Seçkisonrası proseslərə gəlincə, o, seçkilərə tam yekun vurulmasını gözləyəcəklərini bildirib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Ermənistan   seçki  





Xəbər lenti