Peterburq metrosunda partlayışı kamikadze törədib

Peterburq metrosunda partlayışı kamikadze törədib
  04 Aprel 2017    Oxunub:2811
İlkin araşdırmalara görə Peterburq metrosunda partlayışı terrorçu-kamikadze törədib.

AzVision.az xəbər verir ki, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“Cinayətkarın şəxsiyyəti artıq müəyyənləşdirilib. O, Orta Asiya mənşəlidir və Suriyada döyüşən silahlılarla əlaqəsi olub”, - deyə mənbə bildirib.

Mənbə qeyd edib ki, vaqonda 200-300 qram trotil ekvivalenti gücündə əldəqayırma bomba partlayıb.

Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Peterburq   Metro   Partlayış  





Xəbər lenti