Sabah 34 dərəcə isti olacaq

Sabah 34 dərəcə isti olacaq
  28 Avqust 2013    Oxunub:1131
Sabah Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq.

Avqustun 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 7-12 metr sürəti ilə əsəcək. Gündüz çənub-şərq küləyi 8-13 m/san sürəti ilə əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 30-34 dərəcə isti olacaq. Yaxın iki gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir.

Aran rayonlarında havanın temperaturu gündüz gecə 21-26, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti