Peterburq terrorçusunun kimliyi açıqlandı - Foto (Yenilənib)

Peterburq terrorçusunun kimliyi açıqlandı - Foto (Yenilənib)
  04 Aprel 2017    Oxunub:2761
Sankt-Peterburq şəhərində metroda terror aktı törətməkdə şübhəli bilinən şəxsin adı məlum olub. AzVision.az “Habertürk”ə istinadən xəbər verir ki, şübhəli şəxs 1995-ci ildə Qırğız Respublikasında anadan olmuş, Rusiya vətəndaşı Ekbercan Cəlilovdur.
***
(10:42)

Rusiya xüsusi xidmət orqanları Sankt-Peterburq metrosunda terror aktı törədən şəxsin əslən qırğız olduğunu təsdiqləyib. Məlum olub ki, həmin şəxs Rusiya vətəndaşı olub.

AzVision.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəsmi nümayəndəsi Rahat Süleymanov bildirib.

Məlumata əsasən metroda partlayıcı qurğunu Suriya silahlıları ilə əlaqəsi olan kamikadze-terrorçu işə salıb. Onun qurğunu ya bel çantasında saxladığı, ya da əlində tutduğu ehtimal olunur.

Rəsmi Moskva qırğız əsilli şəxslə bağlı Bişkekə hələlik müraciət etməyib.

Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda törədilən terror aktı nəticəsində 11 nəfər ölüb, 51 nəfər yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Peterburq   Terror  





Xəbər lenti