"Anam mənə oğlanlarla rəqs etməyi qadağan edib" - Lavrov

"Anam mənə oğlanlarla rəqs etməyi qadağan edib" - Lavrov
  04 Aprel 2017    Oxunub:4438
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonun Rusiya haqqında dialoquna ironiya ilə cavab verib. “Politica” nəşrinin məlumatına görə, NATO XİN rəhbərlərinin şam yeməyi zamanı dövlət katibi rəsmi Moskva ilə münasibətlər haqqında replikaya “Tanqo rəqsini iki nəfər oynamalıdır” deyə cavab verib.
Bu arada o, Lavrovla rəqs etmək istəmədiyini sözünə əlavə edib. Lavrov ABŞ dövlət katibinə oxşar qaydada cavab verib: “Anam mənə oğlanlarla rəqs etməyi qadağan edərdi” deyə bildirib.

“Mən belə bir söhbətin martın 31-i NATO XİN rəhbərlərinin görüşü zamanı baş tutduğunu eşitmişəm. Əgər Reks Tillerson hamı ilə rəqs edə bilməyəcəyini hiss edirsə, biz ona kömək etməyə hazırırq. O, olduqca təcrübəli adamdır. Əminəm ki, tezliklə öyrənəcək”, - deyə lavrov vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   XİN   ABŞ   Lavrov  





Xəbər lenti