Peterburq terrorçusu ilə bağlı yeni məlumat yayıldı

Peterburq terrorçusu ilə bağlı yeni məlumat yayıldı
  04 Aprel 2017    Oxunub:63620
Rusiya İstintaq Komitəsi Sankt-Peterburqda partlayış törədən terrorçunun adını açıqlayıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, Sankt-Peterburqda metroda partlayışı qırğız əsilli Rusiya vətəndaşı 1995-cı təvəllüdlü Akberjon Cəlilov törədib.

Onun sözlərinə görə, terror aktını törədən şəxs içərisində partlayıcı qurğu olan çantanı “Ploşşad Vosstaniya” metrostansiyasında qoyub.

Ekspert-kriminalistlər içərisində partlayıcı qurğu olan çantada Cəlilovun genetik izlərini aşkarlayıblar.

Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunun "Sennaya Ploşşad" stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb.

AzVision.az


Teqlər: Peterburq   Terror  





Xəbər lenti