Rusiyalı senator hamamda öldü

Rusiyalı senator hamamda öldü
  05 Aprel 2017    Oxunub:2209
Rusiya Federasiya Şurasının üzvü Vadim Tülpanov Sankt-Peterburqda yerləşən evinin hamam otağında sürüşərək yıxılıb.

AzVision.az “İnterfaks”a istinadən xəbər verir ki, ağır beyin zədəsi alan siyasətçi dünyasını dəyişib.

Məlumata görə, onun ölümünə kəllə sümüyünün sınığı səbəb olub.

Qeyd edək ki, Tülpanov 2003-cü ildən 2011-ci ilədək Sankt-Peterburqun Qanunverici məclisinə sədrlik edib. 2011-ci ildən Rusiya parlamentinin yuxarı palatası sayılan Federsiya Şurasının üzvüdür.

Senatorun qızı – Milana Tülpanova “Zenit” futbol klunbunun hücumçusu Aleksandr Kerjakovun həyat yoldaşıdır.

AzVision.az


Teqlər: Rusiya   Senator  





Xəbər lenti