MSK :`Bəxtiyar Hacıyev bizə rəsmi müraciət etməyib`
AzVision.az müraciətlə bağlı Mərkəzi Seçki Komissiyasının cavabını öyrənib.
MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, seçki qanunvericiliyində bu məsələ ilə bağlı müddəa öz əksini tapmayıb:`Qanunvericilikdə konkret göstərilir ki, seçkiqabağı təşviqatı kim və hansı şəkildə apara bilər. Həmin subyektlərin arasında sosial şəbəkələrlə bağlı heç bir müddəa, tələb göstərilmir. Sosial şəbkələri tənzimləyən hansısa bir qanunverici akt yoxdur. İkinci bir tərəfdən, sosial şəbəkələrə nəzarət etmək praktiki cəhətdən mümkün deyil. Dünyanın heç bir yerində belə bir qanun, müddəa yoxdur. Bəxtiyar Hacıyev bizə özünün rəhbərlik etdiyi Məhdud Məsuliyyətli Cəmiyyətin adından elektron müraciət ünvanlayıb. MMC-nin də seçki subyekti kimi təşviqata qoşulmaq hüququ yoxdur. Bizə rəsmi məktubla müraciət ünvanlanmayıb`-deyə qurum sözçüsü bildirib.
Şahanə Rəhimli