Tramp Bəşər Əsədə görə Obamanı ittiham etdi

Tramp Bəşər Əsədə görə Obamanı ittiham etdi
  05 Aprel 2017    Oxunub:1744
ABŞ prezidenti Donald Tramp Suriya lideri Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsinə görə sələfi Barak Obamanı günahlandırıb. AzVision.az-ın məlumatına görə, Tramp baş verən faciənin Obama administrasiyasının “zəifliyi” və “qətiyyətsizliyinin” nəticəsi olduğunu bəyan edib.
ABŞ Dövlət katibi Reks Tillerson isə Əsədin bu hərəkətini qəddarlıq adlandırıb: “Bəşər Əsədin bu şəkildə hərəkət etdiyi açıqdır. Bu qəddarlıq, utanmaz barbarlıqdır”.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsi nəticəsində 11-i uşaq olmaqla 58 nəfərin faciəvi şəkildə qətlə yetirilməsinə dünya liderləri sərt təpki verib.

Kənan Məmmədov
AzVision.az





Teqlər: Tramp   Obama   ABŞ  





Xəbər lenti